Boks

Əfsanəvi boksçu bu döyüş haqda proqnoz verdi

Yüngül çəkidə sabiq dünya çempionu, amerikalı Roy Cons Tayson Fyuri ilə Aleksandr Usik arasında keçiriləcək döyüşlə bağlı proqnoz verib.

Aut.az xəbər verir ki, əfsanəvi boksçu britaniyalının qalib gəcəyini güman edir. Fyurinin keçmiş UFC çempionu Fransis Nqannu ilə son döyüşünün uğursuz olmasına baxmayaraq, Cons buna əmindir.

“İnsanlar Nqannonu təhlükə olaraq görmürdülər, çünki o, boksçu deyil, xüsusən də 10 raundluq döyüşçü deyil. Fyuri bilir ki, Usik təhlükədir və onunla tamamilə fərqli şəkildə mübarizə aparacaq.

Bu, yaxşı böyük döyüşçünün yaxşı kiçik döyüşçünü döyməsi halıdır. Bununla belə, Usik indi Nqannu sayəsində öz qələbəsinə daha çox inamlı olacaq. Nqannu ilə döyüşdən əvvəl Fyurinin qalib gələcəyini proqnozlaşdırmışdım, amma indi onun üçün son döyüşə görə çox çətin olacaq.

Tarixə nəzər salsanız, Fyuri bütün zamanların ən yaxşı döyüşçüləri siyahısında kifayət qədər yüksəkdir, çünki heç kim Usiki məğlub etməyib”, – Cons bildirib.

Usik və Fyuri fevralın 17-də Ər-Riyadda (Səudiyyə Ərəbistanı) ağır çəkidə mütləq dünya çempionu adı uğrunda rinqə çıxacaqlar.

Aut.az