İngiltərə

Haalanddan daha bir tarixi rekord

İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən “Mançester Siti” – “Liverpul” oyunu (1:1) Erlinq Haaland üçün uğurlu alınıb.

Aut.az xəbər verir ki, “şəhərlilər”in norveçli forvardı 27-ci dəqiqədə fərqlənib. Bu qol onun İngiltərə çempionatında 50-ci qolu olub. O, 48 oyunda buna il olmaqla Premyer Liqada yeni rekorda imza atıb.

Əvvəlki rekord 65 oyunda 50 qol vuran ingilis sabiq hücumçu Endi Kola məxsus idi.