Moda evi ona milyonlarla dollarlıq müqavilə təklif edəcək
Dünyaca məşhur “Louis Vuitton” moda evi “Real”ən yarımmüdafiəçisi Cud Bellinqemlə əməkdaşlıqda maraqlıdır.
Aut.az “Daily Mail”ə istinadən bildirir ki, şirkət futbolçuya milyonlarla dollarlıq reklam müqaviləsi təklif etmək niyyətindədir.
İngilis modanın böyük bilicisidir. Oktyabrın sonunda o, “Louis Vuitton” kostyumu ilə “Ballon d’Or” mərasiminə, iyunda isə moda evinin kişi kolleksiyası nümayişinə qatılıb.
Hal-hazırda Bellinqemin yalnız bir şəxsi sponsorluq müqaviləsi var – idman avadanlıqları istehsalçısı “Adidas” ilə.
Aut.az
