Boks

Rəhman onun Taysonu döyəcəyinə inanır

Ağır çəkidə sabiq dünya çempionu, amerikalı Hasim Rəhman (50-9-2, 41 KO) ağır çəkidə WBC kəmərinin sahibi Tayson Fyuri (34-0-1, 24 KO) ilə WBA, WBO, IBO və IBF çempionu Aleksandr Usik (21-0, 14 KO) arasında keçiriləcək döyüş haqda danışıb.

“Bu döyüşdə mən Usikə üstünlük verirəm. Söhbət təkcə Fyurinin Fransis Nqannou ilə döyüşünə bağlı deyil. Mən həmişə düşünürdüm ki, Tayson tənbəl ağır çəkililərin yanında parlayır. Usik tənbəl ağır çəkili deyil. O, Tayson Fyurini qəzəbləndirə bilər.

Fyurinin tənəzzülə uğraması ilə razıyam? Düşünürəm ki, o, sadəcə Nqannounu kifayət qədər ciddi qəbul etməyib. Mübarizə aparanda hər dəfə ən yaxşı performansını göstərməlisən.

Ola bilsin ki, o, təlim-məşq toplanışında uğursuzluqla üzləşib. Bu vəziyyətdə, mütləq döyüş vaxtı eniş olacaq. Hazırlıq zamanı etdikləriniz döyüş zamanı görünəcək”, – Rəhman “Pro Boxing Fans” YouTube kanalına müsahibəsində deyib.

Aut.az