Boks

Coşua ilə Polun “baxış döyüşü”ndə qalmaqal – VİDEO

Ağır çəkidə keçmiş çempionu Entoni Coşua (28-4, 25 nokaut) döyüşdən əvvəl bloger və boksçu Ceyk Polla (12-1, 7 nokaut) mübahisə edib.

Aut.az xəbər verir ki, mübahisə onların baxış döyüşü zamanı baş verib. Britaniyalı, amerikalının boynundakı zinət əşyalarından tutaraq dueli pozub.

Coşua və Pol arasında döyüş dekabrın 19-dan 20-nə keçən gecə baş tutacaq. Döyüşün Bakı vaxtı ilə səhər saat 07:00-da başlaması planlaşdırılır.

Aut.az