Boks

İddialıdır: “Bu oğlana əvvəllər görmədiyi zarafatları edəcəm”

Amerikalı boksçu Brayan Mendosa məğlubedilməz rusiyalı Tim Tszyu ilə titul döyüşündən gözləntilərini bölüşüb.

Yüngül orta çəkidə WBO titulu uğrunda döyüş oktyabrın 15-də Brodbiçdə (Avstraliya) keçiriləcək.

“Bu oğlana əvvəllər görmədiyi zarafatları edəcəm. Mən çevik ola, irəli atıla bilərəm. Hər şeydən bir az edirəm.

Zəhmətim qarşıdakı döyüşdə öz bəhrəsini verəcək. Mən sadəcə olaraq dünyada hamıdan çox işləyirəm”, – “Boxing Scene” Mendosadan sitat gətirib.

Brayan Mendosa peşəkar boksda 24 döyüş keçirib və 22 qələbə qazanıb. Tim Tszyu 23 döyüşdə 23 qələbə qazanıb.

Aut.az