Boks

Qazax boksçu zorlamada ittiham olunur

Qazaxıstanlı boksçu Jankoş Turarov zorlamada ittiham olunub.

Aut.az xəbər verir ki, istintaqla bağlı məlumatı Almatı Polis İdarəsi təsdiqləyib.

“Alınan ifadə ilə bağlı Auezov rayon polis şöbəsi cinayət işi açıb. Məhkəmə-tibbi ekspertizası təyin edilib”, – deyə polisin açıqlamasında bildirilir.

“Meta-ratings.kz” xəbər verir ki , avqustun 19-da polisə 1996-cı il təvəllüdlü qız şikayət edib.

Özünü Turarovun meneceri kimi təqdim edən Leyla ittihamları rədd edir: “Bu, yalan məlumatdır, bir növ qurmadır. Hər şeyi tapıb, sonra sizə deyəcəyik”.

Boksçunun promouteri Alimjan Kaldiyarov vəziyyəti şərh etməkdən imtina edib. “Üzr istəyirik, şərh vermirik” deyib.

Aut.az