İspaniya

“Real” daha bir top-transferə hazırlaşır

“Real Madrid” alman müdafiəçi Mats Hummelslə maraqlanır.

Aut.az xəbər verir ki, İspaniyanın AS nəşrinin məlumatına görə, “Real Madrid” hazırda azad agent olan 35 yaşlı müdafiəçi Mats Hummelslə müqavilə imzalamağı düşünür.

Hummels ötən mövsümün sonunda “Borussiya Dortmund”dan ayrılaraq özünə yeni klub axtarır. “Real”ın marağı, xüsusilə David Alabanın zədələnməsi səbəbindən yaranan hazırkı mərkəz müdafiəçi çatışmazlığından qaynaqlanır.

Ötən mövsüm Hummels 40 oyun keçirib və 4 qol vurub. Transfermarkt portalı oyunçunun 5 milyon avro dəyərində olduğunu təxmin edir.

Aut.az