İtaliyaDünya futbolu

Danışıqlar dalana dirənib: Hansı qərarı verəcək?

Viktor Osimhen növbəti mövsümdə “Napoli” də qalmaq fikrində deyil.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Nigeriyalı hücumçunun prioriteti başqa kluba keçmək olaraq qalır. Mənbə iddia edir ki, Osimhenin transferi ilə bağlı “Napoli” ilə PSJ arasında danışıqlar dalana dirənib. Paris təmsilçisi futbolçunun Neapolitan klubu ilə müqaviləsində təzminat kimi göstərilən 130 milyon avronu ödəmək niyyətində deyil.

Həmçinin qeyd edilir ki, Osimhen Səudiyyə Ərəbistanından gələn təklifləri nəzərdən keçirə bilər.

Qeyd edək ki, “Transfermarkt” Osimhenin dəyərini 110 milyon avro olaraq qiymətləndirir. 2023/2024 mövsümündə İtaliya çempionatında 25 oyun keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aut.az