Dünya futboluİspaniya

“Barselona” bu göstəricidə liderdir – FOTO

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) 21 yaşadək futbolçuların müxtəlif çempionatlarda istifadə olunması ilə bağlı məlumatları təqdim edib.

Aut.az xəbər verir ki, son beş ilin nəticələrinə görə, gənclərə ən çox şans verən klublar Norveçin “Norşellann”ı (oyun vaxtının 44,7%-i), Slovakiyanın “Jilina”sı (35,5%) və Avstriyanın “Zalsburq”udur (35%).

Avropanın aparıcı liqalarında isə gənclərə ən çox etibar edən klublar “Barselona” (20,7%), “Strasburq” (18,6%) və “Sanderlend”dir (18,5%).

Eyni zamanda ilk “onluq”da Fransanın “Lion” (16,4%), “Tuluza” (14,6%), “Renn” (14,5%), PSJ (13,4%), “Mets” (13,2%) və “Havr” (12,6%) klubları da yer alıb.

Aut.az