Millimizin DÇ-nin qrup mərhələsində son sınağı
Minifutbol üzrə Azərbaycan millisi bu gün dünya çempionatında növbəti oyununu keçirəcək.
Aut.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan mundialın qrupunda son matçına çıxacaq.
Yığma yer aldığı G qrupunda Küveyt ilə üz-üzə gələcək. İlk iki görüşdə qələbə qazanaraq 1/8 finala vəsiqəni rəsmiləşdirən milliyə növbəti mərhələyə qrup birincisi kimi yüksəlmək üçün heç-heçə də kifayət edəcək.
Son Avropa çempionu olan komandamızın bugünkü görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
