İngiltərə

Premyer Liqa klubları səs verdi: Maksimum 5 il

Premyer Liqa klubları yeni müqavilələrin amortizasiyasını maksimum beş ilə məhdudlaşdırmağa səs verib. Əvvəllər heç bir məhdudiyyət yox idi, indi Premyer Liqa UEFA qaydalarına uyğundur. Amortizasiya geriyə hesablanmayacaq.

Aut.az xəbər verir ki, bu barədə jurnalist David Ornshein “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Mənbənin məlumatına görə, “Çelsi” də daxil olmaqla, Premyer Liqanın 15 klubu qərarın lehinə səs verib. İki klub dəyişikliyin əleyhinə səs verib, daha üç komanda isə bitərəf qalıb.

Qeyd edilir ki, müqavilələr hələ də istənilən müddətə bağalna bilər, lakin UEFA qaydalarına uyğun olaraq, futbolçunun transfer dəyərinin klub hesablarında bölüşdürülməsi müddəti maksimum beş illə məhdudlaşdırılır.

Aut.az