“Real”ın əfsanəsi Xviçadan inciyib: Mənə söz vermişdi ki…
“Real Madrid”in və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Quti hələ də Xviça Kvaratsxeliyanın formasının gözlədiyini bildirib.
Aut.az xəbər verir ki, keçən il Quti Xviçaya “Real Madriddə gözləyirik” sözləri yazılmış forma göndərmişdi. Kvaratsxeliya həmin vaxt söz vermişdi ki, “Real”ın əfsanəsinə futbolkasını göndərəcək.
“Ona bir az qəzəbliyəm. Yazışdıq və mənə köynək vəd etdi – amma hələ də gəlməyib.
Ümid edirəm ki, buradan ona çatdıra bilərəm: çox istərdim ki, Avropa çempionatında Gürcüstan millisinin heyətində geyindiyi futbolkalardan birini alım”, – Quti “El Chiringuito TV”də deyib.
İyunun 30-da İspaniya AVRO-2024-ün 1/8 finalında Gürcüstanla qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Aut.az
