UEFA Merihi “bozqurd” işarəsinə görə cəzalandıracaq?
Türkiyə millisinin üzvü Merih Demiral UEFA tərfindən cəzalandırıla bilər.
Aut.az xəbər verir ki, buna Avro-2024-ün 1/8 finalında Avstriya ilə oyunda dubl edən müdafiəçi qol sevincini “bozqurd” işarəsi ilə qeyd etməsidir. Merihin bu hərəkəti UEFA-nın İntizam Komitəsi tərəfindən uyğunsuz davranış kimi qiymətləndirilib.
Qurum rəsmi saytında məsələ ilə bağı araşdırmaya başlanıldığını açıqlayıb.
Aut.az
