Avropa LiqasıTürkiyə

İstanbul nəhənginin azarkeşləri bu oyuna buraxılmayacaqlar

Türkiyənin “Beşiktaş” klubunun azarkeşləri oktyabrın 24-də Avropa Liqası çərçivəsində baş tutacaq “Lionu ilə səfər oyununda iştirak etmək imkanından məhrum ediləcəklər.

Aut.az xəbər verir ki, bu barədə RMC məlumat yayıb.

Prefekturadakı mənbənin sözlərinə görə, matç mümkün iğtişaşlar baxımından son dərəcə yüksək riskli kimi qiymətləndirilir. Buna görə şəhər rəhbərliyi onların oyunda iştirak etməsini istəmir.

Eyni zamanda “Beşiktaş” azarkeşlərinə avtomobil sürmək və şəhər küçələrində park etməyi qadağan ediləcək.

Türk fanatların həmçinin stadiona və onun ətrafına girişinə icazə verilməyəcvək. Fransa Daxili İşlər Nazirliyindən qərarın təsdiq edilməsi tələb edilir.

Aut.az