Çempionlar LiqasıAlmaniya

Noyer ÇL-dəki səhvindən danışdı: Hamı bilir ki…

“Bavariya”nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının ikinci turunda “Aston Villa” ilə matçda (0:1) etdiyi səhv haqda danışıb.

“Hamı bilir ki, mən hər oyunda irəli çıxıram. “Aston Villa”nın hücumçusu yaxşı iş gördü. Mən qapıya iki metr yaxın dayana bilərdim, amma bizim oyunumuz belədir. Bu qoldan sonra baş məşqçinin nəyisə dəyişəcəyini bilmirəm. Bu hesablanmış riskdirmi? Biz belə oynayırıq…” deyə Noyer bildirib.

“Bavariya” Çempionlar Liqasının turnir cədvəlində iki oyundan üç xalla 15-ci yerdədir.

Aut.az