Azərbaycan futboluAvropa LiqasıÇempionlar LiqasıKonfrans Liqası

Avrokuboklar üçün yeni mövsümün təqvimi açıqlandı

Avrokuboklar mövsümünün 2024/25 mövsümünün ilkin təqvimi açıqlanıb.

Publika.az xəbər verir ki, Azərbaycanın 4 komandası yarışa qatılacaq. Premyer Liqanın qalibi Çempionlar Liqasında, kubokun sahibi (və ya APL-in gümüş mükafatçısı) Avropa Liqasında, çempionatın gümüş və bürünc mükafatçısı Konfrans Liqasında mübarizə aparacaq.

Klublarımız üçün püşkatma və oyunların tarixləri müəyyənləşib. Təmsilçilərimizin rəqibləri gələn il iyunun 18-19-da bəlli olacaq. Həmin vaxt hər üç turnirdə ilk iki raundun püşkü atılacaq.

Yeni mövsüm fərqliliyi ilə seçiləcək. Çempionlar Liqasında ilkin mərhələ olmayacaq. Avropa Liqası bu dəfə III deyil, I təsnifat mərhələsindən başlayacaq. Bu iki turnirin qrup mərhələsi 8 turdan ibarət olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının finalına Münhen, Avropa Liqasının həlledici matçına Bilbao ev sahibliyi edəcək. Konfrans Liqasının qalibi Vrotslavda müəyyənləşəcək.

2024-cü il
18-19 iyun – I və II təsnifat mərhələlərinin püşkatması (ÇL, AL, KL)
9-10 iyul – I təsnifat mərhələsi, ilk oyunlar (ÇL)
11 iyul – I təsnifat mərhələsi, ilk oyunlar (AL, KL)
16-17 iyul – I təsnifat mərhələsi, cavab oyunları (ÇL)
18 iyul – I təsnifat mərhələsi, cavab oyunları (AL, KL)
22 iyul – III təsnifat mərhələsinin püşkatması (ÇL, AL, KL)
23-24 iyul – II təsnifat mərhələsi, ilk oyunlar (ÇL)
25 iyul – II təsnifat mərhələsi, ilk oyunlar (AL, KL)
30-31 iyul – II təsnifat mərhələsi, cavab oyunları (ÇL)
1 avqust – II təsnifat mərhələsi, cavab oyunları (AL, KL)
5 avqust – pley-off mərhələsinin püşkatması (ÇL, AL, KL)
6-7 avqust – III təsnifat mərhələsi, ilk oyunlar (ÇL)
8 avqust – III təsnifat mərhələsi, ilk oyunlar (AL, KL)
13 avqust – III təsnifat mərhələsi, cavab oyunları (ÇL)
14 avqust – UEFA Superkuboku
15 avqust – III təsnifat mərhələsi, cavab oyunları (AL, KL)
20-21 avqust – Pley-off mərhaləsi, ilk oyunlar (ÇL)
22 avqust – Pley-off mərhələsi, ilk oyunlar (AL, KL)
27-28 avqust – Pley-off mərhələsi, cavab oyunları (ÇL)
29 avqust – Pley-off mərhələsi, cavab oyunları (AL, KL)

29 avqust – qrup mərhələsinin püşkatması (ÇL)
30 avqust – qrup mərhələsinin püşkatması (AL, KL)

17-19 sentyabr – qrup, I tur (ÇL)
25-26 sentyabr – qrup, I tur (AL)
1-2 oktyabr – qrup, II tur (ÇL)
3 oktyabr – qrup, II tur (AL)
3 oktyabr – qrup, I tur (KL)
22-23 oktyabr – qrup, III tur (ÇL)
24 oktyabr – qrup, III tur (AL)
24 oktyabr – qrup, II tur (KL)
5-6 noyabr – qrup, IV tur (ÇL)
7 noyabr – qrup, IV tur (AL)
7 noyabr – qrup, III tur (KL)
26-27 noyabr – qrup, V tur (ÇL)
28 noyabr – qrup, V tur (AL)
28 noyabr – qrup, IV tur (KL)
10-11 dekabr – qrup, VI tur (ÇL)
12 dekabr – qrup, VI tur (AL)
12 dekabr – qrup, V tur (KL)
19 dekabr – qrup, VI tur (KL)

2025-ci il
21-22 yanvar – qrup, VII tur (ÇL)
23 yanvar – qrup, VII tur (AL)
29 yanvar – qrup, VIII tur (ÇL)
30 yanvar – qrup, VIII tur (AL)

31 yanvar –  pley-offun püşkatması (ÇL, AL, KL)

11-12 – pley-off, ilk oyunlar (ÇL)
13 fevral – pley-off, ilk oyunlar (AL, KL)
18-19 – pley-off, cavab oyunları (ÇL)
20 fevral – pley-off, cavab oyunları (AL, KL)
4-5 mart – 1/8 final, ilk oyunlar (ÇL)
6 mart – 1/8 final, ilk oyunlar (AL, KL)
11-12 mart – 1/8 final, cavab oyunları (ÇL)
13 mart – 1/8 final, cavab oyunları (AL, KL)
8-9 aprel – 1/4 final, ilk oyunlar (ÇL)
10 aprel – 1/4 final ilk oyunlar (AL, KL)
15-16 aprel – 1/4 final cavab oyunları (ÇL)
17 aprel – 1/4 final cavab oyunları (AL, KL)
29-30 aprel – 1/2 final, ilk oyunlar (ÇL)
1 may – 1/2 final ilk oyunlar (AL, KL)
6-7 may – 1/2 final cavab oyunları (ÇL)
8 may – 1/2 final cavab oyunları (AL, KL)

21 may – final (AL)
28 may – final (KL)
31 may – final (ÇL)