Türkiyə

“Qalatasaray” rəsmiləri erməninin ailəsi ilə görüşür – Bu gün

“Qalatasaray” hələ də rusiyalı yarımmüdafiəçi Arsen Zaxaryanı heyətinə qatmaq niyyətindədir.

Aut.az xəbər verir ki, bu gün türk klubu Zaxaryanın ailəsi və “Dinamo”nun nümayəndələri ilə görüşəcək. Bu barədə Gezen Dokuz “Twitter” hesabında yazıb. Bildirilir ki, görüşdə futbolçunun transferi ilə bağlı yekun qərar veriləcək.

Xatırladaq ki, Zaxaryanla daha əvvəl Londonun “Çelsi”si  klubu d maraq göstərirdi. “Dinamo”nun 19 yaşlı yarımmüdafiəçisinin “aristokratlar”ın düşərgəsinə keçidi Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar səbəbindən baş tutmayıb.

Bəzi xəbərlərə görə, Zaxaryanın “Qalatasaray”a transferi ilə bağlı sövdələşmə futbolçunun Türkiyəyə ketmək istəməməsi səbəbindən həyata keçməyib. Digər mənbələr isə Arsenin, atasının mövqeyinə görə “Qalatasaray”a keçmədiyini bildirib.

Aut.az