Nara “Fənər”lə oyunda İkradinin gözünün altında yaranan “fənər”i belə gizlətdi – VİDEO
“Qalatasaray”ın hücumçusu Mauro İkardinin həyat yoldaşı və agenti Vanda Nara “Fənərbağça” ilə oyunda (0:0) onun dirəyə çırpılması zamanı gözünün altında yaranan “fənər”i örtmək qərarına gəlib.
Aut.az xəbər verir ki, Vanda İkardinin gözünün altını şəxsən özü makiyaj edib və prosesdən çəkilən videonu sosial şəbəkədə paylaşıb.
Xatırladaq ki, dünən, dekabrın 29-da “Qalatasaray” və “Fənərbaxça” Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan Türkiyə Superkuboku matçında qarşılaşmalı idilər. Amma görüş Səudiyyə Ərəbistanı hakimiyyətinin siyasi mövqeyinə görə baş tutmayıb.
Klublar oyundan əvvəl Türkiyə himninin səsləndirilməsini və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün portretinin nümayiş etdirilməsini istəyib. Lakin bu istəklər Səudiyyə rəsmiləri tərəfindən tamamilə rədd edilib. Bu vəziyyəti nəzərə alaraq “Qalatasaray” və “Fənərbaxça” matçın keçirilməyəcəyini açıqlayıb.
Aut.az
