Milli komandamızın Mahir Emreli Türkiyə mətbuatının gündəmindədir.
Aut.az xəbər verir ki, qardaş ölkənin idman mediası 25 yaşlı forvardın “Konyaspor”a transferinə geniş yer ayırır. “Yeni haber” qəzeti “Konyaspor”un Emrelidən beklentisi var” yazısında millimizin üzvünün gələcək perespektivlərini araşdırılıb:
“Konyaspor”un Zaqreb “Dinamo”sundan icarəyə götürdüyü futbolçu klubun ən çox ümid bəslədiyi oyunçuların başında gəlir. “Yaşıl-ağlar” çempionata Muhammed Demir ilə başlasa da, hücumçunun formadan düşməsi və zədə almasından sonra üstünlük Mame Diufa verildi. Diufun yaşı çox olsa da (35), o, 7 qol və 2 məhsuldar ötürmə ilə təkbaşına komandanı ayaqda saxladı. Diuf 4 oyun qol vura bilməyəndə, “Konyaspor” xala həsrət qaldı. Hücum xəttinə gələn Mahir Emreli qol və asist üçün meydana çıxacaq.
Mərkəz hücumçusu kimi karyera quran Mahir 96 oyunda 49 qol vurdu və 16 məhsuldar ötürmə verib. O, sağ cinah vingeri kimi də 2 asistlə yaddda qalıb. Sol cinahda isə 24 matçda 10 dəfə fərqlənib və 3 qol ötürməsi edib. Emreli əsasən, başla və sol ayaqla qol vurur. Zaqreb “Dinamo”su ona 1,5 milyon transfer qiyməti qoyub. O, Türkiyəyə adaptasiya olsa, mövsümün sonunda transfer hüquqlarının alınması ilə bağlı danışıqlar aparılacaq.
Mahir Emreli ölkəsində “Qarabağ”dakı çıxışları ilə tanınıb. 187 sm boya malik olan forvard orada 185 oyunda 67 qol və 24 asist edib. 25 yaşlı futbolçu “Legiya”da 33 oyunda 11 dəfə fərqlənib və 2 məhsuldar ötürmə verib. Azərbaycanlı oyunçu “Dinamo”da istədiyinə nail ola bilməyib. Xorvatiya klubunda 23 oyuna çıxan futbolçu 5 qol vursa da, avrokuboklarda şans əldə etməyib.
Onun adı bir müddət əvvəl Türkiyə Super Liqasının digər komandaları ilə hallanıb. Mahir 2022-ci ildə “Legiya”nın şərəfini qoruyarkən Azərbaycan mətbuatı onun “Qalatasaray” və “Başakşehir”in transfer siyahısında olduğunu yazıb. Emrelinin adı ən son “Antalyaspor”la hallanıb. Antalyanın yerli mətbuatında hücumçunun “qırmızı-ağ”larla anlaşmaq istədiyi yazılsa da, o, “Konyaspor”u seçib.