Moskva klubu “Fənər”dən bu qədər tələb edir: 19 yaşlı futbolçuya görə
CSKA-nın yarımmüdafiəçi Matvey Kislyakın “Fənərbağça”ya transferi üçün istədiyi məbləğ bəlli olub.
Aut.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Ekrem Konur məlumat verib.
Mənbənin sözlərinə görə, ÇSKA 20-25 milyon avro almaq istəyir.
Daha əvvəl “TRT Spor” yarımmüdafiəçinin Türkiyə klubunun maraq dairəsinə düşdüyünü yazıb. İstanbul klubu Kislyakı diqqətlə izləyir. “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo 19 yaşlı rusiyalı haqqında müsbət fikirlər səsləndirib.
Daha sonra jurnalist Yağız Sabuncuoğlu “Fənərbaxça”nın Matveyin ailəsini İstanbula gətirdiyini bildirib.
Ötən mövsüm Kislyak ÇSKA-nın heyətində 33 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı yarımmüdafiəçini 8 milyon avro qiymətləndirir.
Aut.az
