İngiltərəDünya futbolu

Nə oldu, rəis, alınmadı?

Bu mövsümün əvvəlində Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna transfer edilən Roberto Firmino İngiltərə Premier klublarından birinə keçə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Mənbənin sözlərinə görə, 32 yaşlı forvard həm Səudiyyə Ərəbistanı çempionatına, həm də bu ölkədəki həyat tərzinə uyğunlaşa bilməyib. İngiltərə çempionatının bir neçə klubunun “Liverpulun keçmiş hücumçusunun transferində maraqlı olduğu vurğulanır. Braziliyalı futbolçu Türkiyə klublarının da transfer siyahısına düşüb.

Xatırladaq ki, Firmino ötən yay azad agent statusu ilə “Əl-Əhli”yə keçib. Hücumçu bu mövsüm bütün turnirlərdə 19 matçda iştirak edib. O, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.