Analar gününə görə düşərgəni tərk etdi
“İnter Mayami”nin futbolçusu Lionel Messi Argentina millisinin düşərgəsini tərk edib.
Aut.az xəbər verir ki, buna səbəb ötən gün 36 yaşlı super ulduzun Analar Gününü ailəsiylə qeyd etmək istəməsidir. Buna görə argnetinalı forvard doğma şəhəri Rosarioya yollanıb. Bu barədə “Legaceta” məlumat yayıb.
Bu, Messinin millinin düşərgəsindən ayrılması anlamına gəlmir. Futbolçu elə bu gün yığmanın düşərgəsinə Perudakı düşərgəsinə qayıdacaq. Çünki o, DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsi çərçivəsində bu gecə keçiriləcək Peru ilə oyunda iştirak etməlidir.
Qeyd edək ki, Peru – Argentina matçı oktyabrın 17-də (bu gecə) Bakı vaxtı ilə saat 06:00-da keçiriləcək.
