Messidən gələcəyi ilə bağlı mühüm açıqlama: Bəli, bəli…
Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi gələcəyi ilə bağlı sualı cavablandırıb.
Bu gün, 24 iyunda hücumçunun 39 yaşı tamam oldu. Messi Dünya Kuboku tarixində ən çox qol vuran oyunçudur və 18 qolla ən yaxın rəqibləri Miroslav Kloze və Kilian Mbappeni 2 qol üstələyir.
Aut.az xəbər verir ki, məşhur insayder Fabritsio Romano Messinin sözlərini sitat gətirib:
-Daha bir neçə il oynamağa davam etməyi planlaşdırırsınız?
– Bəli, bəli… Bir müddət daha davam edəcəyəm, töhfə verə bilsəm, özümü fiziki cəhətdən yaxşı hiss edə və komanda yoldaşlarıma kömək edə bilsəm. Oynamağa davam edəcəyəm.
Aut.az
