FİFA prezidentinin açıqlamasına Kremldən reaksiya gəldi
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov FİFA prezidenti Canni İnfantinonun Rusiyanın beynəlxalq turnirlərə qayıtması ilə bağlı açıqlamalarına münasibət bildirib.
Aut.az xəbər verir ki, Peskov “İnfantinonun açıqlamasında müsbət bir tendensiyanın olub-olmadığı və onun sözlərinin Olimpizm prinsiplərinə qayıtmaq cəhdi kimi qiymətləndirilə biləcəyi” sualına cavab verib.
“Bu məsələ ilə bağlı ən azı bir müzakirənin olması, əlbəttə ki, yaxşı haldır. Bəli, biz bu açıqlamaları gördük və onları alqışlayırıq. Həqiqətən də, bu barədə düşünməyin vaxtı çoxdan keçib.
İdmanı, xüsusən də Olimpiya Oyunlarını və ya futbolu siyasiləşdirməyə heç vaxt ehtiyac olmayıb. Əlbəttə ki, bu barədə düşünməyin vaxtıdır”, – Peskov bildirib.
Aut.az
