Dünya futbolu

Luis Enrike məşqçi karyerasını nə vaxt başa vuracaq?

PSJ-nin baş məşqçisi Luis Enrike məşqçi karyerasını nə vaxt başa vurmaq istədiyi ilə bağlı danışıb.

Aut.az xəbər verir ki, bu yaxınlarda 56 yaşı tamam olan ispaniyalı mütəxəssisə bir çox məşqçilərin 60-70 yaşına qədər çalışdığı xatırladılıb və özünü neçə yaşına qədər bu peşədə gördüyü soruşulub:

“Bu, çox yaxşı sualdır, çünki mən də özümə tez-tez bu sualı verirəm. Həyat yoldaşıma deyirəm ki, məşqləri ilə hamını bezdirən baba olmaq istəmirəm. Bunu istəmirəm. Amma etiraf etməliyəm ki, getdikcə belə baba-məşqçilərin sayı artır.

Düşünürəm ki, 60 yaşdan sonra… Hətta qardaşım Felipe ilə zarafatlaşıram və ona deyirəm ki, mən səndən əvvəl təqaüdə çıxmalıyam. O, məndən bir yaş kiçikdir, 55 yaşı var və 61 yaşında təqaüdə çıxacaq. Bax, məsələ budur”, — deyə Luis Enrike bildirib.

Aut.az