İran yığmasının daha iki futbolçusu ölkəyə qayıtmaqdan imtina etdi
İran milli komandasının daha iki oyunçusu Avstraliyadakı turnirdən sonra vətənlərinə qayıtmaqdan imtina edir.
Aut.az xəbər verir ki, Bundan əvvəl İran dövlət televiziyasının aparıcısı Məhəmməd Rza Şahbazi İranın qadınlardan ibarət milli komandasını oyun zamanı dövlət himnini oxumadığına görə tənqid etmişdi: “Müharibə dövründə xainlərlə daha sərt davranılmalıdır”. Bundan sonra FIFPro FİFA və Asiya Futbol Konfederasiyasından (AFC) qadın milli komandanın oyunçularının təhlükəsizliyini təmin etmələrini istəmişdi.
Məlumata görə, beş iranlı qadın futbolçu Avstraliya polisinin köməyi ilə komandanın düşərgəsindən qaçıb. Onlara humanitar viza verilib .
ABC-nin məlumatına görə, daha iki iranlı futbolçu da Avstraliyadan sığınacaq istəyib.
Aut.az
