Dünya futbolu

Sərxoş hakimlərin cəzası açıqlandı

Polşalı futbol hakimləri Bartoş Frankovski və Tomaş Musial Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Dinamo Kiyev” – “Reyncers” matçı öncəsi davranışlarına görə cəzalandırılıblar.

Aut.az xəbər verir ki, Polşa Futbol Assosiasiyası onları avrokubok matçlarında VAR hakimi kimi işləməkdən uzaqlaşdırıb və fəaliyyətləri 90 gün müddətinə dayandırılıb.

Qurum Frankovski və Musialın qanun pozuntuları təsdiqlənəcəyi halda, onlarla müqaviləyə xitam veriləcəyini açıqlayıb.

Xatırladaq ki, hakimlər Polşanın Lublin şəhərində yol nişanını oğurladıqdan sonra sərxoş halda saxlanılıblar.

Aut.az