Dünya cempionatıDünya futbolu

Barton oğru, İnfantino günahkardır: FİFA bu jurnalisti qovdu

FİFA Migel Almironun meydandan qovulmasına emosional reaksiya verən paraqvaylı şərhçi Xorxe Veranın akkreditasiyasını ləğv etmək qərarına gəlib.

İyunun 20-də Paraqvay millisi 2026-cı il dünya çempionatının ikinci turunda Türkiyəni 1:0 hesabı ilə məğlub etdi.

İlk hissənin sonlarında hakim İvan Barton Mərt Müldürə  müraciət edərkən ağzını bağladığına görə Migel Almironu meydandan qovdu. Rəqibinə ağzı bağlı şəkildə müraciət etdiyinə görə meydandan qovulma qaydası Dünya Kuboku başlamazdan əvvəl tətbiq edilmişdi.

Aut.az xəbər verir ki, bundan sonra şərhçi efirdə emosiyalarına hakim ola bilməmişdi.

“Oğru, oğru, oğru. Barton, sən oğrusan. Futbolu öldürdün. FİFA, futbolu öldürdün. İnfantino, buna görə sən məsuliyyət daşıyırsan. Oğrular. Oyunçumuzu apardılar. Oğrular.

FİFA, futbolu zibilə çevirməyin məsuliyyətini öz üzərinə götür. Alexandro Domingues, CONMEBOL rəhbəri olaraq, nəsə etməlisiniz. Bir az cəsarətli olun, İnfantino ilə daha az şəkil çəkdirin. Lənətə gəlmiş oğrular.

Bunu həqiqətən də Dünya Kubokunda görməliyikmi? Axmaqlar! Axmaqlar! Bu izaholunmazdır, rüsvayçılıqdır. Onlar futbolu öldürür və bizi bir oyunçu az qoyurlar. Axmaqlar”, – deyə Xorxe Vera bildirib.

Qısa müddət sonra jurnalist dedikləri üçün üzr istəyib. ABC onu Dünya Kuboku proqramlarından kənarlaşdırıb.

Aut.az