Dünya futbolu

Ronaldo oğlunun yığmaya çağırılmasına belə reaksiya verdi

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo oğlunun Xorvatiyada keçiriləcək beynəlxalq turnirdə iştirak etmək üçün Portuqaliya gənclər yığmasına (15 yaşadək futbolçular) çağırışına reaksiya verib.

Aut.az xəbər verir ki, Ronaldo bu barədə sosial şəbəkədə yazıb.

“Mən səninlə fəxr edirəm, oğlum!” –  40 yaşlı hücumçu sosial media hesabında Portuqaliya U15 komandasının şəklini əlavə edərək yazıb.

Ronaldo oğlunun fotosunu da “Portuqaliya DNT-si” şərhi ilə paylaşıb.

Portuqaliya gənclər komandası Yaponiya, Yunanıstan və İngiltərədən olan həmyaşıdları ilə qarşılaşacaq. Kiçik Ronaldo “Əl-Nəsr”in gənclər komandasında oynayır.

Aut.az