Dünya futbolu

Matç zamanı dəhşətli anlar: Kamera meydana çırpıldı – VİDEO

Debretsendə Macarıstan və Qazaxıstan milliləri arasında keçirilən yoldaşlıq oyununda gözlənilməz hadisə yaşanıb.

Aut.az xəbər verir ki, matç zamanı stadionun üzərində troslar vasitəsilə hərəkət edən hörümcək kamera qəfil meydançaya düşüb.

Yayılan videogörüntülərdə kameranın ehtiyat hissələrinə parçalanaraq meydanın kənarında çəkiliş aparan operatorun cəmi bir neçə metrliyinə düşdüyü aydın görünür. Xoşbəxtlikdən, operator xəsarət almayıb və hadisədən yalnız qorxu ilə qurtulub.

Hazırda hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparıldığı bildirilir.

Aut.az