Azərbaycan futbolu

10 il yedi, indi “torba” tikir – Aqil Nəbiyevdən növbəti HÖRMƏTSİZLİK

Azərbaycan U-17 milli komandasının baş məşqçisi Aqil Nəbiyey AFFA-ya şikayət edib.

Aut.az xəbər verir ki, “poker” baş məşqçi şikayət ərizəsində, köməkçiləri Emin İmaməliyev və Elşən Poladovla işləmək istəmədiyini, onların hər ikisinin də milli komandanın keçmiş qapıçısı Cahangir Həsənzadənin kadrları olduğunu bildirib.

Xatırladaq ki, 10 ildən çoxdur milli komandada karusel kimi çıxış edən “poker” baş məşqçi Aqil Nəbiyev hal-hazırda olduğu yer üçün məhz Cahangir Həsənzadəyə borcludur. Çünki onu baş məşqçi kimi təyin edib dəstəkləyən məhz Cahangir Həsənzadədir.

İllərdir haqqında danışılan, heç bir mundialda nəticə göstərə bilməyən və bununla yanaşı qol vurmaqda belə çətinlik çəkən heyət quran “poker” baş məşqçi, əli “çörəyə çatan” kimi indi başqalarının haqqına girir.

İllərdir qazandıqlarına, 10 ildən çox milli komandada baş məşqçi postunda qalmasına görə borclu olduğu Cahangir Həsənzadəyə “hörməti” Aqil Nəbiyev ancaq belə “ödəyə” bilərdi.

Aut.az