Avropa Çempionatı

Haalandı belə zərərsizləşdiriblər

İspaniya millisinin və Madrid “Real”ının müdafiəçisi Daniel Karvaxal Avro-2024-ün seçmə mərhələsində İspaniya millisinin Norveçə qalib gəldiyi (1:0) matçı haqda təəssüratlarını bölüşüb.

“Bura qələbə üçün gəlmişdik. Amma Norveç bizə qol imkanı üçün praktiki olaraq heç bir imkan vermədi, amma buna baxmayaraq indi biz evə sevinclə və final mərhələsinə vəsiqə ilə qayıdırıq.

Haaland haqqında danışırıqsa, müdafiədə Simondan tutmuş Morataya kimi hamımız çox yığcam davrandıq və ona bir dəfə də olsun rahat top almağa imkan vermədik. Mərkəz müdafiəçilərinin əməyini tərifləyin, çünki onlar fantastik iş gördülər”, – deyə Karvaxal bildirib.

Xatırladaq ki, Norveç – İspaniya matçı dünən, oktyabrın 15-də baş tutub.

Aut.az