İngiltərə millisi ona tapşırıldı
İngiltərə millisinin baş məşqçi postu U-21 yığmasının baş məşqçisi Li Karsliyə tapşırılıb.
Aut.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Li Karsli 2024/25 Millətlər Liqası mövsümündə müvəqqəti baş məşqçi vəzifəsini icra edəcək. Qeyd olunur ki, irlandiyalı mütəxəssis ilkin olaraq sentyabrda İrlandiya və Finlandiyaya qarşı keçiriləcək oyunlar üçün gənclər məşqçisi vəzifəsini tərk edəcək. Lakin FA yeni daimi baş məşqçinin seçilməsi prosesini davam etdirərkən onun bu vəzifədə qalmasını istəyir.
50 yaşlı Li Karsli 2021-ci ilin iyul ayından İngiltərə gənclər komandasının baş məşqçisidir və komandanı ötən il U-21 Avropa çempionatında qalib edib. Bu, 1984-cü ildən bəri ilk dəfə baş verib.
Aut.az
