Niyə “Atletiko” yox, “Roma”? – Səbəbini açıqladı
“Roma”nın ukraynalı hücumçusu Artyom Dovbik “Atletiko Madrid”ə keçməkdən niyə imtina etdiyini açıqlayıb:
“Atletiko ilə münasibətimiz yaxşı olmadığı üçün transfer baş tutmadı. Məni klubda görmək istəyənlər də oldu, istəməyənlər də. “Roma”dan fərqli olaraq güvən hiss etmədim”.
Nəzərinizə çatdıraq ki, bu yay Artyom Dovbikə görə “Atletiko” və “Roma” arasında əsl transfer döyüşü getdi və İtaliya komandası 27 yaşlı ukraynalını 30,5 milyon avroya və 6 milyon bonusa transfer edə bildi.
2023/24 mövsümündə Artyom Dovbik “Jirona”nın heyətində 39 oyun keçirib, 24 qol vurub, 10 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun dəyərini 35 milyon avro qiymətləndirir.
Aut.az
