İngiltərə

Axtardıqlarını Premyer Liqada tapdılar

Hücum xəttini gücləndirməyi planlaşdıran “Tottenhem” axtardığını “Brentford”da tapıb.

Aut.az xəbər verir ki, “mahmızlar” Premyer Liqa təmsilçisinin hücumçusu İvan Toni ilə maraqlanır. Bu barədə jurnalist Ben Yakobs məlumat yayıb.

Mənbənin sözlərinə görə, forvardın transferi hazırda London klubu üçün prioritetdir. Buna görə də “Brentford”la danışıqlar həssaslıqla aparılır.

Toni 2020-ci ildən “Brentford”da oynayır. 28 yaşlı forvard komandasında 141 oyun keçirib, 72 qol vurub və 23 məhsuldar ötürmə edib. “Transfermarkt” ingilis futbolçunun bazar dəyərini 50 milyon avro qiymətləndirir. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.

Aut.az