Digər

Milli komandanın üzvü itkin düşdü

Fransanın gənclərdən ibarət milli komandasının reqbiçisi Mehdi Narcissi komandanın Cənubi Afrikadakı təlim-məşq toplanışı zamanı itkin düşüb.

Aut.az xəbər verir ki, bu barədə Fransa Reqbi Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, 17 yaşlı idmançı komandası ilə Ümid burnunda üzərkən dalğa onu aparıb. Komanda yoldaşları Mehdiyə kömək edə bilməyib. Xilasedicilər və axtarış qrupları hələ də gənc idmançını tapa bilmirlər.

Hadisə ötən gün, yerli vaxtla saat 16:00-da baş verib.

Aut.az