Azərbaycan futbolu

“Zirə”, “Sabah” və “Sumqayıt”ın avrokuboklardakı rəqibləri bu tarixdə bəlli olacaq

Azərbaycan klublarının UEFA Avropa Liqası və Konfrans Liqasındakı rəqiblərinin açıqlanacağı tarix bəlli olub.

Aut.az xəbər verir ki, iyunun 18-19-da həm Avropa Liqası, həm də Konfrans Liqasının püşkatma mərasimi keçiriləcək.

Mövsümün yekunlarına əsasən ölkəmizi Avropa Liqasında “Zirə”, Konfrans Liqasında isə “Sabah” və “Sumqayıt” təmsil edəcək. “Zirə” AL-də birinci təsnifat mərhələsindən, “Sabah” və “Sumqayıt” isə Konfrans Liqasına II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.