FIFA işğaldan azad olunmuş ərazilərə maliyyə ayıra bilər
FIFA Azərbaycanın işğaldan azad olunmuş ərazilərində futbol infrastrukturu üçün maliyyə vəsaiti ayıra bilər.
Aut.az xəbər verir ki, bunu “Anadolu” agnetliyinə müsahibəsində FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov deyib.
Azərbaycanı funksioner bildirib ki, maddi dəstək “FIFA Forward” proqramı çərçivəsində həyata keçiriləcək:
“Müharibələrdə infrastruktura ciddi ziyan dəyir. Savaşlar bitdikdən sonra zərər çəkən ölkələrə dəstək göstərəcəyik. Bir gün dünyaya sülh gələcək. Futbol insanları birləşdirəcək, dünya daha qlobal olacaq”.
O, qeyd edib ki, 2016-cı ildən həyata keçirilən layihə çərçivəsində FIFA-ya üzv olan 211 milli assosiasiyaya fərq qoyulmadan ümumilikdə 2,8 milyard ABŞ dolları məbləğində yardım edilib:
Məmmədov Türkiyə Futbol Federasiyası ilə sıx əlaqədə olduqlarını da bildirib:
“Türkiyə futbol ölkəsidir. FIFA burada futbolun inkişafına xüsusi önəm verir. Türkiyə Futbol Federasiyası ilə sıx əlaqədəyik. Ölkənin bütün kənd və şəhərlərində futbol oynanılır. İndiyədək “FIFA Forward” proqramı çərçivəsində Türkiyəyə ümumilikdə 9,8 milyon dollar vəsait ayrılıb. Bu dəstək gələn il də davam edəcək”.
