“Mançester Siti”yə bir qol bəs etdi
İngiltərə Premyer Liqasında IX turun növbəti oyunları keçirilib.
Aut.az xəbər verir ki, birinci oyun günündə bir qarşılaşma baş tutub. “Lester” azarkeşləri önündə “Nottingem Forest”i qəbul edib. Görüş qonaqların qələbəsiylə başa çatıb.
“Mançester Siti” “Sauthempton”u minimal hesabla məğlub edib. “Everton” isə son dəqiqə qolu ilə “Fulhem”lə oyunda bir xal qazanıb.
İngiltərə Premyer Liqası
IX tur
25 oktyabr
Lester – Nottingem Forest 1:3
Qollar: C.Vardi, 23 – R.Yates, 16, K.Vud, 47, 60
26 oktyabr
Aston Villa – Bornmut 1:1
Qollar: R.Barkli, 76 – Evanilson, 90+6
Brentford – İpsviç 4:3
Qollar: Y.Vissa, 44, H.Klark, 45+1 (avtoqol), B.Mbemo, 51 (pen.), 90+6 – S.Smodiç, 28, Q.Hirst, 31, L.Delap, 86
Brayton – Vulverhempton 2:2
Qollar: D.Uelbek, 45, E.Ferqyuson, 85 – Ait-Nuri, 88, M.Kunya, 90+3
Mançester Siti – Sauthempton 1:0
Qol: E.Haaland, 5
Everton – Fulhem 1:1
Qollar: Beto, 90+4 – A.Ayvobi, 61
27 oktyabr
18:00 Çelsi – Nyukasl
18:00 Kristal Pelas – Tottenhem
18:00 Vest Hem – Mançester Yunayted
20:30 Arsenal – Liverpul
