“Siti”nin yeni baş məşqçisi ona şans verməyə hazırdır
Yarımmüdafiəçi Cek Qriliş karyerasını “Mançester Siti”də bərpa edə bilər.
Aut.az xəbər verir ki, “TEAMtalk”ın məlumatına görə, “Siti”nin yeni baş məşqçisi Entso Mareska, klubdan ayrıla biləcəyi ilə bağlı şayiələrə baxmayaraq, Qrilişi yeni mövsümdə komandada saxlamağa hazırdır. İtaliyalı məşqçi yarımmüdafiəçiyə rəhbərliyi altında şans verməyə hazırdır.
Cek Qriliş 2021-ci ildə 117 milyon avroya “Aston Villa”dan “Mançester Siti”yə keçib. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
Yarımmüdafiəçi 2025/26 mövsümünü icarə əsasında “Everton”da keçirib. O, “Everton”un heyətində bütün turnirlərdə 22 oyunda iştirak edib, iki qol vurub və altı məhsuldar ötürmə edib. “Transfermarkt” Qrilişin dəyərini 20 milyon avro qiymətləndirir.
Aut.az
