Daha bir klub onu istəyir
“Yuventus” “Mançester Yunayted”in hücumçusunu Ceydon Sançonu icarəyə götürməyə hazırdır.
Aut.az xəbər verir ki, turinlilər futbolçunu yanvarda icarəyə götürməyi, yayda isə onun hüquqlarını almağı planlaşdırır.
“Qoca sinyora” icarə dövründə Sançonun maaşının 50%-ni ödəməyə hazırdır. Tam hüquqlu transfer isə “Yuve”yə 60 milyon funt-sterlinqə başa gələ bilər.
Dortmund “Borussiya”sı da sabiq futbolçusu Sançonu geri qaytarmaqda maraqlıdır.
Qeyd edək ki, İngiltərə millisinin üzvü “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqı sosial şəbəkədə tənqid etdiyi üçün əsas komandanın düşərgəsindən uzaqlaşdırıııb.
