MY-yə rəhbərlik etməkdən imtina etdi
“İnter”in baş məşqçisi Flippo İnzagi milli komandanın fasiləsində “Mançester Yunayted”ə rəhbərlik etmək imkanından imtina edib.
Aut.az xəbər verir ki, bu barədə “SportItalia” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “qırmızı şeytanlar” rəhbərliyi klubun futbolundakı qısa fasilə zamanı Erik ten Haqın potensial qovulması ilə bağlı müzakirələri davam etdirir.
Bildirilir ki, “Mançester Yunayted” rəhbərliyi 2024/2025 mövsümünün belə başlamasından narazı qalıb və “Tottenhem”ə 0:3 hesablı məğlubiyyətdən sonra potensial məşqçi dəyişikliyi ilə bağlı söz-söhbətlər yayılıb.
Flippo İnzagi “İnter”dəki vəziyyətdən məmnundur və klubunu tərk etmək fikrində deyil.
Mətbuat “qırmızı şeytanlar”ın baş məşqçi postuna əsas namizədlər kimi Massimiliano Alleqri və Tomas Tuxeli göstərir.
Qeyd edək ki, Premyer Liqanın 6 turundan sonra Erik ten Haqın rəhbərlik etdiyi “Mançester Yunayted” 7 xalla 13-cü pilləsdə qərarlaşıb.
Aut.az
