İngiltərəİspaniya

İngiltərəyə qayıtdı, qardaşının oyununu izlədi – FOTO

“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem İspaniya çempionatında qısa fasilədən istifadə edərək vətəni İngiltərəyə gəlib.

Aut.az xəbər verir ki, Cud Cempionşipdə “Hall Siti” ilə “Sanderlend” arasında keçirilən matça qatılmaq fürsətini əldən verməyib.

Fakt budur ki, Bellinqemin kiçik qardaşı, 18 yaşlı Cob Bellinqem “qara pişiklər”də oynayır. Cob bütün oyunu meydanda olub və komandasının qələbə qazanmasına kömək edib – 1:0.

Qeyd edək ki, Bellinqem bu mövsüm Çempionşipdə “Sanderlend”in heyətində 23 oyun keçirib və 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

Aut.az

İngiltərəyə qayıtdı, qardaşının oyununu izlədi – FOTO

İngiltərəyə qayıtdı, qardaşının oyununu izlədi – FOTO

İngiltərəyə qayıtdı, qardaşının oyununu izlədi – FOTO