İngiltərə

Tarixə düşən məşqçi gedir

Avstriyalı mütəxəssis Oliver Qlasner mövsümün sonunda “Kristal Pelas”dan ayrılacaq.

Aut.az xəbər verir ki, bu barədə “Carrusel” məlumat yayıb.

Məlumata görə, 51 yaşlı çalışdırıcı London klubuyla müqaviləni uzatmaq niyyətində deyil. Mövcud sözləşmə 2026-cı ilin yayında başa çatır.

Oliver Qlasnerin rəhbərliyi altında “Kristal Pelas” klub tarixində ilk titullarını qazanıb – İngiltərə Kuboku və Superkuboku. İngiltərə çempionatında “Qartallar” hazırda 26 xalla beşinci pillədə qərarlaşıb.

Aut.az