Trampın Kanadaya qarşı “tarif müharibəsi” NHL-ə necə təsir edəcək?
Milli Xokkey Liqasının (NHL) komissarı Qeri Bettman ABŞ və Kanada arasındakı tarif müharibəsinin NHL-ə necə təsir göstərə biləcəyi haqda danışıb.
Aut.az xəbər verir ki, Bettmanın sözlərini “Ottawa Citizen” sitat gətirib.
“Gərginliklərin çoxu hər hansı bir ölkə və ya xalq arasında deyil, çünki mən son 30 ildə Kanadada çox vaxt keçirmişəm və kanadalılar ABŞ-ı, amerikalıları da sevirlər. Amma siyasi problem var və bunun mərkəzində çox təəssüf ki, iki ölkə, iki ölkənin xalqları və bizim idman dayanır.
Bununla bağlı problem ondan ibarətdir ki, bütün xokkeyçilər hansı ölkədə oynamasından asılı olmayaraq, ABŞ dolları ilə maaş alırlar. Beləliklə, tariflərin təsiri Kanada dollarının ABŞ dollarına nisbətdə düşməsinə səbəb olarsa, bu, vəziyyəti daha çətin və ağrılı edəcək.
Gəlir bölgüsü var, lakin bir çox Kanada klubumuz kifayət qədər yaxşı işləyir, lakin Kanada dolları ilə baş verənlər buna təsir edə bilər. Ümid edirik ki, bu müvəqqətidir və hər iki ölkə bunun öhdəsindən gəlməyin yolunu tapacaq”, – Bettman deyib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Kanadadan demək olar ki, bütün idxal mallarına 25% rüsum tətbiq edib.
Aut.az
