Kolleksiyasını 500 milyona satdı
“Formula 1”-in keçmiş prezidenti Berni Ekklstoun 500 milyon funt sterlinq (təxminən 600 milyon avro) dəyərində olan tarixi yarış avtomobilləri kolleksiyasını “Red Bull”un həmsahibi Mark Mateschitz-ə satıb.
Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Ekklstounun kolleksiyasına Formula 1 çempionları Niki Lauda, Maykl Şumaxer, Alberto Askari və Mayk Hauthorn tərəfindən idarə olunan “Ferrari”lər və başqa idman avtomobilləri daxildir.
Oktyabrın 28-də 94 yaşı tamam olan Ekklstoun kolleksiyanı satmağı fikirləşdiyini bildirib. O, öldükdən sonra avtomobillərin taleyinin necə olacağını bilmədiyini söyləyib. Sövdələşmənin məbləği rəsmi olaraq açıqlanmayıb.
Aut.az
