Dünyanın ən zəngin xokkeyçisi kimdir?
“Vaşinqton Kapitals”ın hücumçusu Aleksandr Oveçkin tarixin ən zəngin xokkeyçisidir.
Aut.az xəbər verir ki, bu barədə “Metaratings” məlumat yayıb.
Nəşrin hesablamalarına görə, rusiyalı Milli Xokkey Liqasında (NHL) karyerası ərzində rekord məbləğdə – 161,7 milyon dollar qazanıb. Gələn mövsüm Oveçkin “Vaşinqton”la müqaviləsi çərçivəsində daha 9 milyon alacaq. Ümumilikdə, kommersiya sövdələşmələri nəzərə alınmaqla, forvard NHL-də 20 il ərzində 220 milyon dollar qazanıb.
Aprelin 6-da Oveçkin NHL-in müntəzəm mövsümündə karyerasının 895-ci qolunu vurdu. Bu, ona bu göstərici üzrə kanadalı Ueyn Qretskinin rekordunu (894) qırmağa imkan verdi.
Rusiyalı 2005-ci ildə Şimali Amerika Liqasında debüt edib və bütün NHL karyerası boyunca “Vaşinqton”da oynayıb.
Aut.az
