Görün Bekhem Oveçkinə nə hədiyyə etdi – VİDEO
“Vaşinqton”un kapitanı Aleksandr Oveçkin İngiltərə millisinin keçmiş oyunçusu və “İnter Mayami”nin hazırkı həmsahibi Devid Bekhemdən hədiyyə alıb.
Aut.az xəbər verir ki, NHL-də snayper rekordunun şərəfinə britaniyalı ona avtoqrafı olan bir cüt ağ buts hədiyyə edib.
“895 qol vurmağınız münasibətilə sizi təbrik edirəm. Məndən bir az daha çox😊”, – Bekhem butsun üzərinə yazıb.
Müvafiq video sosial şəbəkələrdə xokkeyçinin həyat yoldaşı Anastasiya tərəfindən yayımlanıb.
Aut.az
