Son oyununda 200-ü keçdi
Hücumçu Aleksandr Lyakazett “Lion” klubunun heyətində son oyununu keçirib.
Aut.az xəbər veirr ki, Fransa Liqasının 34-cü – son turu çərçivəsində “aslanlar” doğma meydanda “Anje”yə 2:0 hesabı ilə qalib gəlib.
55-ci dəqiqədə Lyakazett penaltini dəqiq yerinə yetirərək hesabı açıb. Bu, onun “Lion” formasıyla vurduğu 200-cü qol olub. 72-ci dəqiqədə 33 yaşlı hücumçu dublunu rəsmiləşdirib.
Bir qədər sonra Lyakazett əvəzlənib. Stadion onu ayaqüstə alqışlarla yola salıb, komanda yoldaşları isə “şərəf dəhlizi”nə düzülüblər.
Aleksandr Lyakazett “Lion” tarixində ən çox qol vuran futbolçular arasında ikinci yerdədir – 201 qol.
Aut.az
